“Napoli”nin tarixinə düşdü – Gürcü futbolçu
“Napoli” UEFA Çempionlar Liqasının 1/8 finalında “Ayntraxt”ı məğlub edib (2:0).
Komanda.az “Opta Sports”-a istinadən xəbər verir ki, həmin qarşılaşma gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya üçün əlamətdar olub.
22 yaşlı futbolçu neapolluların ikinci qolunun məhsuldar ötürmə müəllifi olub. Bununla da, o, “Napoli”nin heyətində qitənin bir nömrəli klub turnirində 4 ötürmə edən ilk futbolçu kimi tarixə düşüb.
“Napoli” – “Ayntraxt” cütünün cavab qarşılaşması martın 15-də İtaliyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin