İtaliya klubunun şərtləri De Bruynenin ailəsini qane edib

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne mövsümün sonunda klubu tərk edəcək. Onun yeni ünvanı artıq müəyyənləşmək üzrədir.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “Napoli”yə keçidə razılıq verib.

De Bruynenin ailəsinin fikri də onun qərarına təsir edib. Belə ki, onun həyat yoldaşı yaxın günlərdə Neapolda olub və şəhərdən razı qaldığı bildirilir. “Napoli”nin şərtləri ailəni qane edib. Rəsmi təklifin gələn həftə göndəriləcəyi gözlənilir.

Belçikalı futbolçu İtaliya A Seriyasında oynamaqda maraqlıdır. Onun bu qərarında həmyerliləri Romelu Lukaku və Dris Mertensin fikirləri də rol oynayıb.

Hazırda son qərar “Napoli”nin prezidenti Aurelio de Laurentisə məxsusdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button