“Napoli”nin prezidenti olmaqdan qürur duyuram”

“Napoli”nin prezidenti Aurelio de Laurentis Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “Liverpul” üzərində qazanılan qələbəni (4:1) şərh edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, baş məşqçi Luçano Spalettinin əla işlədiyini deyib:

“Bu matçı həmişə xatırlayacam. “Napoli”nin prezidenti olmaqdan qürur duyuram. Spalletti isə əla işləyir. Təşəkkür edirəm, hamınıza, xüsusən də, Maradona stadionunda bizi dəstəkləyən tamaşaçılara təşəkkür edirəm”.

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Napoli” “Reyncers”lə, “Liverpul” isə “Ayaks”la qarşılaşacaq. Qarşılaşmalar sentyabrın 13-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button