“Napoli”nin prezidenti: “Mən səhv etdim”
“Napoli”nin prezidenti Aurelio de Laurentis komandanın sabiq baş məşqçisi Luçano Spaletti haqqında danışıb.
Komanda.az xəbər verir ki, klub prezidentu italiyalı mütəxəssisin komandadan ayrılmasına razılaşdığı üçün peşman olduğunu deyib:
“Spaletti? Mən onun komandadan ayrılmasına icazə verməklə səhv etdim. Yanıldım. Bu, səhv idi”.
Spaletti 2021-2023-cü illərdə “Napoli”yə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında A Seriyasının 2022/23 mövsümünün qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin