“Kvaratsxeliya bizimlə daha uzun illər keçirə bilər” – “Napoli”nin prezidenti

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın vingeri Xviça Kvaratsxeliyanın gələcəyi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, gürcüstanlı futbolçu ilə mövsümün sonunda müqaviləni yeniləmək istədiklərini bildirib:

“Kvaratsxeliya bizimlə daha uzun illər keçirə bilər, onunla müqaviləni uzatmaq istərdim. Bunu mövsümün sonunda müzakirə edəcəyik”.

23 yaşlı futbolçu 2022-ci ilin yayından “Napoli”də çıxış edir. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. O, bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button