“Napoli”nin Halandı transfer etmək istəyi niyə baş tutmayıb?
“Napoli”nin prezidenti Aurelio De Laurentis norveçli hücumçu Erlinq Halandın vaxtı ilə İtaliya klubuna keçidinin niyə baş tutmadığını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:
“Erlinq Halandı “Zalsburq”dan 50 milyon avroya transfer etmək ərəfəsində idik. Rəsmi təklif hazır idi, lakin meneceri Mino Rayola mənə dedi: “Zəhmət olmasa, Halandı almağa çalışmayın. Çünki mən artıq onun transferi ilə bağlı razılığa gəlmişəm”.
23 yaşlı futbolçu bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 30 oyun keçirib, 27 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin