“Napoli”nin prezidenti gürcü futbolçu ilə bağlı qərar verib

“Napoli”nin prezidenti Aurelio de Laurentis komandanın vingeri Xviça Kvaratsxeliya barədə qərar verib. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti gürcü futbolçunu satmaq variantını nəzərdən keçirmir.

Laurentis PSJ-nin oyunçuya fəal marağı fonunda Kvaratsxeliyaya yeni müqavilə təklif etmək istəyir. 

Daha əvvəl bildirilib ki, parislilər Kvaratsxeliyanın özü ilə müqavilənin şərtlərini razılaşdırsalar da, son söz Neapol klubunda qalır. 

Kvaratsxeliya ilə “Napoli” arasındakı müqavilə müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button