
De Bruyne klub prezidentini təəccübləndirib
“Napoli”nin prezidenti Аurelio de Laurentis yeni transfer Kevin de Bruyne haqqında fikirlərini bölüşüb.
34 yaşlı yarımmüdafiəçi başa çatan mövsümün sonunda “Mançester Siti” ilə yollarını ayıraraq, “Napoli”yə azad agent kimi keçib.
Komanda.az xəbər verir ki, “Sky Sport Italia”-ya danışan klub rəhbəri, belçikalı futbolçunun peşəkarlığına heyran olduğunu bildirib:
“De Bruyne məni diqqəti və peşəkarlığı ilə təəccübləndirdi. Gələcəyi aydın görür və meydana çıxdıqda yarımmüdafiədə fərq yarada biləcəyinin tam fərqindədir”.
De Bruyne “Mançester Siti”də 10 il çıxış edib.
“Napoli” son mövsümdə turnir cədvəlində “İnter”i bir xal qabaqlayaraq, A Seriyasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



