PSJ-nin cənubi koreyalı üçün ilk görüşü uğursuz olub

“Napoli”nin müdafiəçisi Kim Min Jaenin nümayəndələri cənubi koreyalının PSJ-yə keçidi ilə bağlı klubun idman müşaviri Luis Kamposla görüşüblər və danışıq aparıblar.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, görüş tanışlıq xarakteri daşıyıb və razılıq əldə olunmayıb. Futbolçunun İngiltərə Premyer Liqasına keçmək istədiyi vurğulanır.

Öncədən “Mançester Yunayted”in də futbolçunun agenti ilə görüşdüyü və təkliflərini bildirdikləri deyilirdi.

Kim Min Jae 2022-ci ilin yayında “Fənərbaxça”dan Neapol klubuna keçib. 26 yaşlı futbolçunun klubla hazırkı sözləşməsi 2025-ci ilin yayına qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button