“Napoli” ilə MY çətin ki, razılığa gəlsin
“Napoli” Alexandro Qarnaçonun transferi ilə bağlı “Mançester Yunayted”lə razılığa gəlməkdə çətinlik çəkəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu argentinalı futbolçunu PSJ-yə keçməyə yaxın olan Xviça Kvaratsxeliyanın potensial əvəzləyicisi kimi görür.
Qarnaçonun “Napoli”yə gətirilməsi ilə bağlı razılaşma olduqca mürəkkəb görünür. Çünki “Mançester Yunayted” 70 milyon funt sterlinq (demək olar ki, 83 milyon avro) istəyir və tələbini azaltmır. Çətin ki, neapollular belə şərtlə razılaşsınlar.
20 yaşlı futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin