“Napoli”nin Kvaratsxeliya qorxusu
İtaliyanın “Napoli” klubunun hücumçusu Xviça Kvaratsxeliyanın zədəsi əvvəlcə göründüyündən də ciddi ola bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
İlkin diaqnoza görə, Kvaratsxeliyanın zədəsinin daha ciddi olması ilə bağlı qorxular var. Gürcü futbolçu diz bağlarını zədələmiş ola bilər. Bu baxımdan, onun İtaliya çempionatında yeni mövsümün ilk oyununda iştirakı sual altındadır.
“Napoli”nin A Seriyasının yeni mövsümündə ilk oyunu avqustun 19-da baş tutacaq. Neapolluların rəqibi “Frozinone” olacaq.
Kvaratsxeliya ötən mövsüm “Napoli”nin heyətində 43 oyun keçirib, 14 qol vurub, 17 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin