“Napoli”nin keçmiş futbolçusu İtaliyaya qayıtmaq istəyir

Kanadanın “Toronto” klubunda çıxış edən “Napoli”nin sabiq vingeri Lorenso İnsinye A Seriyasına qayıda bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə “Latsio” maraqlanır. Futbolçunun özü də İtaliya çempionatına qayıtmağa hazırdır. 

İnsinye 2022-ci ildən “Toronto”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button