![](https://komanda.az/wp-content/uploads/2025/02/di-lorenso-671x470.jpg)
Kapitan çempionluq şansları haqda danışmaq istəmədi
“Napoli”nin sağ cinah müdafiəçisi Covanni di Lorenso komandanın çempionluq şansları ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın kapitanı bunu deyib:
“Skudetto? Biz bu barədə iki il əvvəl, rəqiblərimiz üzərində böyük üstünlüyə malik olduğumuz zaman danışmamışdıq. Və indi fərq bu qədər kiçik olanda da danışmayacağıq”.
Neapol klubu son turda evdə “Udineze” ilə görüşdə xal itirib (1:1).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin