Osimhen Premyer Liqa klubuna keçmək istəyir

“Napoli”nin hücumçusu Viktor Osimhen yay transfer pəncərəsində İtaliya klubunu tərk etmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu İngiltərəyə yollanmağı düşünür. 25 yaşlı forvard “Çelsi”yə keçməyi planlaşdırır.

Daha əvvəl “La Gazzeta dello Spor” nəşri İtaliya klubunun onun keçidindən 110-130 milyon avro qazanmaq istədiyini yazmışdı.

Osimhen bu mövsüm 24 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə verib. Futbolçunun “Napoli” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button