“Napoli” niderlandlı futbolçunu izləyir

“Napoli” “Ayaks”ın yarımmüdafiəçisi Kennet Teylorla maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu gələn mövsüm üçün yarımmüdafiə xəttini gücləndirmək istəyir və niderlandlı futbolçunu hədəfləyib. Klubun nümayəndələri oyunçunu bir neçə dəfə matçlarda izləyiblər.

“Ayaks” Teylor üçün təxminən 25-30 milyon avro qiymət etiketi təyin edib.

23 yaşlı futbolçu bu mövsüm 33 matçda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button