“Napoli”nin futbolçusunda koronavirus aşkarlandı
İtaliyanın “Napoli” klubunun futbolçusu Petr Zelinskidə koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə 26 yaşlı polşalı yarımmüdafiəçidən götürülmüş koronavirus testinin müsbət nəticə verdiyi diqqətə çatdırılıb. Zelinski təcrid edilib və komandanın digər üzvləri yenidən testdən keçirilib. Testlər nəticəsində klubun daha bir əməkdaşında – Candomeniko Kostidə də koronavirus aşkarlanıb.
Qeyd edək ki, “Napoli” A Seriyasının 3-cü turunda səfərdə “Yuventus”la qarşılaşacaq. Oktyabrın 4-də keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin