PSJ-yə keçir – Parisdəki ev üçün 4 milyon avro ödədi
“Napoli”nin futbolçusu Xalidu Kulibalinin yeni mövsümdə PSJ-də forma geyinəcəyi iddia olunur.
Komanda.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri xəbər yayıb. Məlumatda, seneqallı müdafiəçinin artıq Parisdə özünə ev aldığı bildirilir. Kulibalinin yeni evi üçün 4 milyon avro ödədiyi deyilir.
PSJ-də Tiaqo Silvanın yerinə düşünülən Kulibali üçün “Napoli” 70-80 milyon avro tələb edir. Müdafiəçinin Neapol təmsilçisi ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin