
Kulibalinin vəziyyətinə aydınlıq gəldi
“Napoli”nin futbolçusu Xalidu Kulibali sıradan çıxıb.
Komanda.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, A Seriyasının 16-cı turunun “Parma” ilə matçında zədələnən seneqallı müdafiəçinin ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
“Napoli” “Parma”ya 1:2 hesabıyla məğlub olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin