
“Napoli”nin futbolçusuna 2 oyunluq cəza
“Napoli”nin futbolçusu Xalidu Kulibali cəzalandırılıb.
Komanda.az xəbər verir ki, İtaliya A Seriyasının 5-ci turunun “Kalyari” ilə oyununun 88-ci dəqiqəsində qırmızı vərəqə alan seneqallı müdafiəçi 2 oyunluq cəzalanıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Kulibali 10 min avro pul cəriməsinə də məruz qalıb.
“Napoli”nin “Kalyari”yə 0:1 hesabıyla məğlub olduğu oyunda Kulibali hakimlə mübahisə etdiyi üçün meydandan qovulmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin