“Napoli”nin hücumçusu xəstəxanalıq oldu

“Napoli”nin futbolçusu Viktor Osimhen İtaliya A Seriyasının 23-cü turunun “Atalanta” ilə səfər matçı zamanı huşunu itirib.

Komanda.az xəbər verir ki, nigeriyalı hücumçu qarşılaşmanın sonuncu dəqiqəsində arxası üstə yerə yıxılıb və başı yerə dəyib. Meydanı xərəkdə tərk edən Osimhen dərhal xəstəxanaya aparılıb.

“Napoli”nin mətbuat xidmətindən edilən açıqlamada, 23 yaşlı hücumçunun səhhətinin yaxşı olduğu və gecəni xəstəxanada keçirdiyi bildirilib.

“Atalanta” – “Napoli” matçı meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button