“Napoli”nin futbolçusu üçün daha bir “elçi”
İtaliyanın “Napoli” klubunun yarımmüdafiəçisi Allan daha bir klubun maraq dairəsindədir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Everton” 29 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. PSJ-nin də hədəfində olan futbolçunun “Napoli” rəhbərliyi ilə münasibəti yaxşı olmadığı üçün komandadan ayrılmaq istədiyi bildirilir.
PSJ qış fasiləsində Allanı transfer etmək istəsə də, “Napoli” futbolçunu satmaqdan imtina etmişdi. Braziliyalı futbolçunun təzminat məbləğinin 40-45 milyon avro olduğu bildirilir.
2015-ci ildən “Napoli”nin şərəfini qoruyan braziliyalı futbolçunun klubla müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin