
Rəsmi: İnsinye “Napoli”dən ayrıldı
“Napoli”nin futbolçusu Roberto İnsinye karyerasını İtaliya B Seriyasında davam etdirəcək.
Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu “Benevento” klubuna transfer olunub. Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. İnsinye ilə 2 illik müqavilə imzalanıb.
“Napoli”nin yetirməsi olan İnsinye, son mövsümü icarə əsasında məhz “Benevento”da keçirib. O, həm də “Napoli”də çıxış edən Lorenso İnsinyenin qardaşıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin