Osimhen La Liqa klubuna keçə bilər
“Real” “Napoli”nin hücumçusu Viktor Osimhenlə müqavilə imzalaya bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçunun İtaliya klubundakı gələcəyi ciddi təhlükə altındadır. 24 yaşlı hücumçu “Napoli”yə qarşı hüquqi addım atmağı düşünür. Onunla klub arasında münasibətlər pozulub.
Osimhenin “Napoli” ilə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir. O, bu mövsüm bütün yarışlarda 7 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin