“Napoli”dən “Olimpiakos”a
“Napoli”nin futbolçusu Kostas Manolas karyerasını Yunanıstanda davam etdirəcək.
Komanda.az xəbər verir ki, yunanıstalı müdafiəçi “Olimpiakos” klubu ilə razılaşıb. Bu barədə Pirey təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Manolas yanvardan “Olimpiakos”a qoşulacaq.
Daha əvvəl 2012-2014-cü illərdə “Olimpiakos”da çıxış edən 30 yaşlı müdafiəçi bu mövsüm A Seriyasında 4 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin