Bombardir üçün ayrılıq vaxtı
“Napoli”nin futbolçusu Dris Mertens yayda klubu tərk edə bilər.
Komanda.az xəbər verir ki, Fransanın “Monako” klubu 34 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Monako”nun belçikalı futbolçuya iki illik müqavilə təklif etdiyi bildirilib. Mertens yaxın zamanda qərarını verəcək.
Mertens 2013-cü ildən “Napoli”də çıxış edir. Klubla müqaviləsi 2022-ci ilin yayına qədər olan hücumçu bu mövsüm A Seriyasında 26 oyunda 9 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Mertens 135 qolla “Napoli” tarixinin bombardiridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin