“Napoli”nin futbolçusunun evi qarət olundu – “Milan” səfərindən öncə
“Napoli”nin futbolçusu Adam Unasın evi qarət olunub.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Unas “Milan”la A Seriyası matçı üçün səfərə yollanmazdan bir saat əvvəl klubun bazasından ayrılaraq evinə gedib. O, evdə iki soyğunçu ilə qarşılaşıb. Oğrular Unasdan 5 min avro pul və qızıl-zinyət əşyaları tələb ediblər. Futbolçu qarətçilərin istədiklərini verməyə məcbur olub.
Əlcəzairli futbolçu daha sonra hadisə haqda Neapol polisinə məlumat verib.
Bu gün keçiriləcək “Milan” – “Napoli” matçı saat 23:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin