“Napoli”nin futbolçu satmağa ehtiyacı yoxdur” – Ançelotti
“Napoli”nin baş məşqçisi Karlo Ançelotti açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis, yayda futbolçu satmayacaqlarını bildirib:
“Klubun siyasətini bilirəm. “Napoli” İtaliyanın ən yaxşı klubudur və Avropada lider mövqedədir. Klubun prezidenti Aurelio De Laurentisin maliyyə hesabatı hər zaman düzgündür. Mövsümün sonunda futbolçulara çox pul xərclənməsini istəməyəcəm. Fərqli şəkildə nəticə əldə edə bilərik və bunu sübut edəcəyik.
Xalidu Kulibali yayda komandanı tərk etməyəcək. Əsas futbolçularımızın hamısı komandada qalacaq. “Napoli”nin futbolçu satmağa ehtiyacı yoxdur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin