“Bunu düşünmək məni özümdən çıxarır, dəli oluram” – Qattuzo
“Napoli”nin baş məşqçisi Cennaro Qattuzo Çempionlar Liqasının 1/8 finalında “Barselona”ya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, 1:3 hesabıyla uduzduqları görüşü belə şərh edib:
“Bu oyundan sonra peşmançılıqlarımız çoxdur. Üç dənə axmaq qol buraxdıq və ciddi səhvlər etdik. Bununla bərabər, “Barselona”nı təzyiq altında saxlayan bir komanda da gördüm. Hesab 0:0 olanda iki qol vura bilərdik. Standart zərbədən qol buraxdıq və geri düşdük. Bunu düşünmək məni özümdən çıxarır, dəli oluram.
Statistikaya baxın, “Napoli” oyunu idarə edən tərəf idi. Bizim də güclü və istedadlı oyunçularımız var. Ancaq istedad belə oyunlarda kifayət etmir. “Barselona”nın ikinci hissədə nə qədər çətinlik çəkdiyini gördük. Ehtiyat oyunçuları belə, yox idi, amma orda yüz milyonluq futbolçular var. Biz komanda olmağa çalışırıq”.
Bizi Facebook-da izləyin