Qalte “Napoli”nin baş məşqçisi olmağa yaxındır
PSJ-nin baş məşqçisi Kristof Qalte karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, “Napoli”nin baş məşqçisi olmağa yaxındır. Təyinat rəsmiləşsə, Qalte 33 illik fasilədən sonra Neapol təmsilçisini İtaliya çempionu edən Luçano Spalettini əvəz edəcək.
Fransalı mütəxəssis 2022-ci ilin yayından Paris komandasını çalışdırır. PSJ onun rəhbərliyi altında son mövsümdə Liqa 1-də çempion olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin