Spaletti “Napoli”ni tərk etməkdə israrlıdır

”Napoli”nin baş məşqçisi Luçano Spaletti postunu tərk edə bilər.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, buna 64 yaşlı mütəxəssisin klubun prezidenti Aurelio De Laurentislə münasibətlərinin pisləşməsi səbəb olub.

De Laurentis Spalettiyə uzunmüddətli sözləşmə təklif etsə də, o, “Napoli”ni tərk etməkdə israrlıdır. Öncədən klub prezidentinin italiyalı mütəxəssisin maaşını artırmaq istədiyi bildirilirdi.

Neapol təmsilçisi 33 illik fasilədən sonra 2022/23 mövsümündə çempion olub. “Napoli” daha öncə 1986/87 və 1989/90 mövsümlərində də “qızıl” qazanmışdı.

Spaletti 2021-ci ilin yayından Neapol təmsilçisini çalışdırır. O, karyerası ərzində “İnter”, “Roma”, “Udineze”, “Empoli”, “Sampdoriya”, “Zenit” kimi klublarda çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button