“Napoli”dən Ospina açıqlaması
“Napoli”də İtaliya A Seriyasının 28-ci turu çərçivəsində “Udineze” ilə keçirilən oyunda (4:2) huşunu itirən David Ospinanın durumuna aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, kolumbiyalı qolkiperin sağlıq vəziyyətində ciddi probleminin olmadığı açıqlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, Ospinaya bir neçə gün istirahət verildiyi və Kolumbiya millisinə çağırılmasına baxmayaraq, yığmanın düşərgəsinə qatılmayacağı bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin