“Napoli”də yeni qapıçı

Futbol üzrə İtaliya milli komandasının sabiq qapıçısı Salvatore Siriqunun yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, təcrübəli qolkiper bundan sonra “Napoli”də forma geyinəcək. Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb.

Azad agent statusuna malik 35 yaşlı futbolçu yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Siriqu son olaraq “Cenoa”da forma geyinib. O, 2021-ci ilin avqustunda müqavilə bağladığı bu klubda keçirdiyi bir mövsüm ərzində 37 oyuna çıxıb. “Palermo”nun yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış Siriqu, sonralar “Kremoneze”, “Ankona”, PSJ, “Sevilya”, “Osasuna” və “Torino”da da çıxış edib. O, İtaliya yığmaısnda da 28 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button