
“Napoli”də yeni müqavilə
“Napoli” futbolçusu Matias Olivera ilə müqavilə müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı oyunçu ilə yeni anlaşma 2030-cu ilin yayına qədər davam edəcək.
Olivera 2022-ci ilin yayında “Napoli”yə qoşulub. Bu müddət ərzində o, komandada 90 matç keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



