
“Napoli”də yeni müqavilə
“Napoli” futbolçusu Viktor Osimhenlə yeni müqavilə imzalayıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçu ilə müqavilənin müddəti 2026-cı ilin iyununa kimi uzadılıb.
Osimhen 2020-ci ilin payızında Fransa “Lill”indən Neapol təmsilçisinə keçib. 24 yaşlı futbolçu bu müddətdə bütün yarışlarda 118 oyuna çıxıb, 67 qol vurub, 17 qolun ötürməsini verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin