“Napoli”də Konte müəmması

“Napoli”inin baş məşqçisi Antonio Konte komandanın A Seriyasında çempion olmasına baxmayaraq, yaxın günlərdə postunu tərk edə bilər.

“Napoli” mayın 23-də mövsümün son turunda “Kalyari” üzərində 2:0 hesablı qələbə qazanaraq ölkə çempionu olub. Ancaq mövsüm ərzində mətbuatda dəfələrlə yayılan xəbərlərə əsasən, italiyalı mütəxəssislə klub rəhbərliyi arasında münasibətlər qeyri-müəyyən olaraq qalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxın 2-3 gün ərzində Konte “Napoli”nin prezidenti Aurelio De Laurentislə görüş keçirəcək. Bu görüşdə tərəflərin gələcək əməkdaşlıq planlarının aydınlaşacağı gözlənilir.

Klub rəhbərliyi baş məşqçini komandada saxlamaq istəsə, ancaq Konte ayrılmaq qərarına gəlsə, De Laurentis onun yerinə Massimiliano Alleqri ilə danışıqlara başlaya bilər. Kontenin klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button