“Napoli” ilə “Roma” razılığa gəldi
“Napoli”nin futbolçusu Arkadiuş Milik karyerasını “Roma”da davam etdirməyə yaxındır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar” 26 yaşlı futbolçunun keçidi üçün “Napoli” ilə razılığa gəlib. Anlaşmaya görə, “Roma” bu keçid üçün “Napoli”yə bonuslarla birlikdə 25 milyon avro ödəyəcək. Geriyə paytaxt klubunun Miliklə anlaşması qalır. Futbolçuyla danışıqların davam etdiyi bildirilir.
2016-cı ildən “Napoli”nin şərəfini qoruyan polşalı hücumçunun müqaviləsi 2021-ci ilin yayında bitir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin