“Napoli”dən müdafiəçisi ilə yeni müqavilə

Mario Rui “Napoli” ilə müqaviləsini uzadıb.

Komanda.az İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçinin “Napoli” ilə yeni müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Mario Rui 2017-ci ildən “Napoli”də çıxış edir. Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu bu yay 32 yaşlı müdafiəçi ilə maraqlanırdı.

Rui 2022/23 mövsümündə A Seriyasında 22 matçda 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button