
İtaliya klubundan “Liverpul”a 55 milyon avroluq təklif
“Napoli” “Liverpul”un hücumçusu, Uruqvay yığmasının 26 yaşlı üzvü Darvin Nunyesin transferi üçün 50 milyon əsas məbləğ və əlavə olaraq 5 milyon avro bonus təklif edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, neapollular uruqvaylı futbolçuya illik vergilər çıxıldıqdan sonra 5-6 milyon avro maaş ödəməyə hazırdır.
Bununla belə, “Liverpul” Nunyesin qiymətini 70 milyon funt sterlinq (təxminən 81 milyon avro) olaraq müəyyən edib.
“Napoli” həmçinin, “Udineze”nin son mövsümdə A Seriyasındakı 12 qolla bombardiri olmuş Lorenzo Lukkunun transferi üçün 33-34 milyon avro təklif edib. Ancaq qarşı tərəf bu təklifə hələ cavab verməyib.
24 yaşlı italiyalı forvard Nunyesin transferi baş tutmayacağı halda, alternativ variant kimi nəzərdən keçirilir.
Bizi Facebook-da izləyin