“Napoli”dən 40 milyonluq transfer

PSV-nin futbolçusu İrvinq Lozano karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 23 yaşlı hücumçu “Napoli”yə keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Napoli”nin prezidenti Auerlio de Laurentis, Lozanonun meneceri Mino Rayola ilə görüşərək, futbolçunun mümkün keçidini müzakirə edib.

“Napoli” Lozano üçün PSV-yə 40 milyon avro ödəyəcək. Hücumçu ilə 5 illik müqavilə imzalanacaq.

Cari mövsümdə PSV ilə 40 oyuna çıxan Lozano, 21 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu Meksika millisinin də şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button