
“Napoli”də yeni müqavilə
İtaliyanın “Napoli” klubu hücumçusu Dris Mertenslə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu ilə müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılb. Mertensin müqaviləsinin müddətinin daha bir il artırmaq hüququnun olduğu vurğulanıb.
Qeyd edək ki, Mertens bu mövsüm 30 matçda 13 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin