Qattuzo futbolçunu məşqdən qovdu
“Napoli” İtaliya kubokunun final oyununda qarşılaşacağı “Yuventus”la matçın hazırlıqlarını davam etdirir.
Komanda.az “Corriere delo Sport”a istinadən xəbər verir ki, Neapol təmsilçisinin dünən baş tutan məşqində baş məşqçi Cennaro Qattuzo İrvinq Lozanonu heyətdən uzaqlaşdırıb. Futbolçunun məşqlərə yetəri qədər köklənmədiyini düşünən Qattuzo, onu məşqdən qovub.
Lozanonun komandadakı gələcəyi qeyri-müəyyəndir.
İtaliya kubokunun final görüşü iyunun 17-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin