
“Napoli”də ÇL matçından əvvəl böyük itki
“Napoli” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Neapol klubunun nigeriyalı hücumçusu Viktor Osimhen zədələnib.
25 yaşlı futbolçu komandasının UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin “Milan”la ilk oyununu buraxacaq.
Aprelin 12-də keçiriləcək “Milan” – “Napoli” matçı saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin