Konte Kvaratsxeliyanın PSJ ilə danışıqlar apardığını biləndə məyus olub

“Napoli”nin baş məşqçisi Antonio Konte “Yuventus”la oyundan (2:1) sonra komandadan ayrılan Xviça Kvaratsxeliya haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, gürcü futbolçuya ən yaxşısını arzu edib:

“Biz Kvaratsxeliyaya və ailəsinə yalnız ən yaxşısını arzulaya bilərik. Onun ətrafının uzun müddətdir PSJ ilə danışıqlar apardığını biləndə məyus oldum. Ona can sağlığı arzulayırıq, cəsur oğlandır, ailəsi kimi onu da bəyəndik. Amma “Napoli”də əvəzolunmaz insanlar yoxdur”.

23 yaşlı futbolçu 2022-ci ildən İtaliya klubunda çıxış edirdi. O, bu qış transfer pəncərəsində PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button