
“Napoli”dən yeni transfer
“Napoli” heyətinə yeni futbolçu qatıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
A Seriyası təmsilçisi “Salernitana”nın müdafiəçisi Paskuale Mazzokkini transfer edib.
Onunla müddəti 2027-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb.
28 yaşlı futbolçu bu mövsüm İtaliya çempionatında 18 oyun keçirib.
“Verona”nın yetirməsi olan Mazzokki 2022-ci ildən “Salernitana”da çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin