
“Napoli”dən 20 milyonluq transfer
“Napoli” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi SPAL-dan Manuel Latsarini transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə, “Napoli”nin Latsari üçün SPAL-a 20 milyon avro ödəyəcəyi bildirilir.
25 yaşlı yarımmüdafiəçi mövsümün sonunda “Napoli”yə qoşulacaq.
Latsari cari mövsümdə 20 qarşılaşmada iştirak edərək, 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin