
“Napoli”də yeni baş məşqçi – Rəsmi
İtaliyanın “Napoli” klubunun yeni baş məşqçisinin adı məlum olub.
Komanda.az xəbər verir ki, “Napoli”nin “sükan”ı Antonio Konteyə tapşırılıb. Bu barədə A Seriyasının təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
54 yaşlı italiyalı mütəxəssis son olaraq 2023-cü ildə İngiltərədə “Tottenhem”də işləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin