
“Qarabağ”ın rəqibinin düşərgəsində gərginlik
“Napoli” rəhbərliyi baş məşqçi Antonio Konte ilə görüş keçirməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun sahibi Aurelio De Laurentis komandanın son nəticələrindən narazıdır və Konte ilə əməkdaşlığın davam etdirilib-etdirilməməsi məsələsini müzakirə edəcək.
Görüş bu gün keçiriləcək. Toplantıda “Napoli”nin çıxışının ətraflı təhlili aparılacaq. Neapollular son oyunlarda qeyri-sabit çıxış göstəriblər – bütün turnirlərdə keçirdikləri son 10 matçda cəmi 4 qələbə qazanıblar.
“Napoli” A Seriyasında liderliyi əldən verib və UEFA Çempionlar Liqasında PSV-yə 2:6 hesabı ilə məğlub olub. Komanda “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



