
“Napoli” “Yuventus”la danışıqlar aparır
“Yuventus”un yarımmüdafiəçisi Fabio Miretti karyerasını “Napoli”də davam etdirə bilər.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, A Seriyasının son çempionu 21 yaşlı futbolçu ilə razılığa yaxınlaşıb.
Son mövsümü icarə əsasında “Cenoa”da keçirən Miretti, burada 26 oyuna çıxaraq, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
“Napoli” hazırda “Yuventus”la da danışıqlar aparır. Turin təmsilçisi italiyalı futbolçunun satışından təxminən 14 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin