“Napoli” xorvatiyalı futbolçusunu icarəyə göndərdi
İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, sözügedən klub A Seriyasının digər iştirakçısı “Napoli”nin yarımmüdafiəçisi Marko Roqu heyətinə qatıb.
24 yaşlı xorvatiyalı futbolçu 1 illik icarəyə götürülüb. Amma “Kalyari” mövsümün sonunda Xorvatiya millisinin üzvünü birdəfəlik transfer etmək hüququna da malik olacaq.
Roq geridə qalan mövsümü İspaniyanın “Sevilya” klubunda icarədə keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin