“İnter”in hazırda ən güclü klub olduğuna inanıram”

“Qızıl top”un keçmiş sahibi Fabio Kannavaro cari A Seriyasında kimin favorit olması ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, italiyalı sabiq futbolçu “Napoli”nin də qələbələrə qayıtmaq planının olduğunu bildirib:

“İnter”in UEFA Çempionlar Liqasında nə etdiyinə də nəzər salsaq və heyətlərinin keyfiyyətini də hesaba alaraq, onların hazırda ən güclü klub olduğuna inanıram. Amma “Napoli”nin də qələbələrə qayıtmaq planı var. Bu klubların hər ikisi rəqiblərinə açıq siqnal göndərib”.

Kannavaro İtaliya çempionatında “Parma”, “Napoli”, “İnter” və “Yuventus”da 400-dən çox oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button